Fransada dərinləşən büdcə və sosial problemlər ölkənin Avropanın yeni “xəstə adamı” kimi xarakterizə olunmasına səbəb olub.
Army.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin təhlilinə görə, prezident seçkiləri ərəfəsində Avropa İttifaqının ikinci ən böyük iqtisadiyyatında böhranlar bir-birini gücləndirir və hökumətin qarşısında duran çətinlikləri daha da artırır. Büdcə problemləri ilə sosial narazılığın paralel şəkildə dərinləşməsi ölkədə vəziyyətin mürəkkəbləşməsinə gətirib çıxarır.
Məqalədə qeyd olunur ki, “Avropanın xəstə adamı” ifadəsi tarixən XX əsrin əvvəllərində süqut təhlükəsi ilə üzləşən Osmanlı imperiyasını təsvir etmək üçün istifadə edilib. İndi isə bu ifadə Fransadakı iqtisadi və siyasi çətinlikləri xarakterizə etmək üçün gündəmə gətirilir.
Fransanın keçmiş baş naziri Mişel Barnye “Politico”ya müsahibəsində ölkənin ciddi maliyyə təhlükəsi ilə üzləşdiyini bildirib. O, Fransanın faktiki olaraq maliyyə böhranının astanasında olduğunu vurğulayıb.
