Ev DünyaAzərbaycanı hədələyən Saral rəsmən istefa verdi

Azərbaycanı hədələyən Saral rəsmən istefa verdi

by Baş Redaktor
16 Baxış

2016-cı ildən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri vəzifəsini icra edən Oktay Saral istefa verdiyini açıqlayıb.

Army.az xəbər verir ki, Saral qərarını açıqlayarkən vəzifə və titulların müvəqqəti olduğunu vurğulayıb.

“Vəzifələr gəldi-gedər, titullar birindən digərinə keçər. Əsas məsələ insanın hansı vəzifədə oturması deyil, hansı dəyərlərin arxasında dayanmasıdır”, – deyə o bildirib.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saral dövlətin adından hicabla bağlı Azərbaycandakı vəziyyətə münasibət bildirərək “hicablı tələbələrin təhsil hüququnun əngəllənməsi qəbul edilməzdir” demişdi.
Onun hədə tonundakı bu açıqlaması Azərbaycanda ciddi etiraz yaratmışdı.

banner

Əlaqəli Yazılar Xüsusi