Ev Dünyaİran XİN: ABŞ ilə heç bir danışıq aparılmır

İran XİN: ABŞ ilə heç bir danışıq aparılmır

by Baş Redaktor
24 Baxış

İran Xarici İşlər Nazirliyi ölkənin hazırda ABŞ ilə heç bir rəsmi danışıq aparmadığını bəyan edib.

Army.az xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi İsmayıl Bəqayi iyulun 27-də Tehranda keçirdiyi mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, son günlər bəzi media orqanlarında İran və ABŞ arasında danışıqlar aparıldığına dair məlumatlar yayılsa da, bu iddialar həqiqəti əks etdirmir:

“Hazırda İranın ABŞ ilə heç bir müzakirəsi yoxdur”.

banner

XİN sözçüsü əlavə edib ki, İran müxtəlif istiqamətlər üzrə diplomatik təmaslarını davam etdirir və bu proseslə bağlı fərqli şərhlər səsləndirilə bilər.

O bildirib ki, hazırda Tehran Omanla Hörmüz boğazı ilə bağlı zəruri mexanizmlərin formalaşdırılması və əlaqələndirmə məsələlərini müzakirə edir.

Əlaqəli Yazılar Xüsusi