Ev Dünyaİrəvandan Bakıya uçan təyyarə diqqət çəkdi – Ermənistan tərəfi açıqlama verdi

İrəvandan Bakıya uçan təyyarə diqqət çəkdi – Ermənistan tərəfi açıqlama verdi

by Baş Redaktor
8 Baxış

“FlyOne” aviaşirkətinə məxsus “Gulfstream G450” tipli təyyarənin bu səhər İrəvandan Bakıya uçduğu bildirilir.

Army.az xəbər verir ki, bu barədə “Factor.am” məlumat verib.

Bildirilib ki, təyyarə yerli vaxtla saat 07:00-da İrəvandakı “Zvartnots” hava limanından havaya qalxıb və təxminən 50 dəqiqə sonra Bakıya enib.

Nəşrin yazdığına görə, təyyarənin bu gün saat 21:40-da İrəvana qayıtması gözlənilir. Lakin onun göyərtəsində Bakıya hansı şəxslərin getdiyi barədə məlumat yoxdur.

banner

Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi də onun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya getdiyi barədə məlumatı təkzib edib.

Əlaqəli Yazılar Xüsusi