Ev DünyaKim Çen İn Rusiyaya dəvət edildi – Moskva tarix gözləyir

Kim Çen İn Rusiyaya dəvət edildi – Moskva tarix gözləyir

by Baş Redaktor
13 Baxış

Şimali Koreya lideri Kim Çen İn Rusiyaya səfərə dəvət olunub.

Army.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a açıqlamasında bildirib.

Diplomat Moskvanın Şimali Koreya liderini istənilən vaxt qəbul etməyə hazır olduğunu deyib. Onun sözlərinə görə, səfərin konkret tarixi diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək.

Rudenko iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini də xatırladıb. O bildirib ki, 2024-cü ilin iyununda Pxenyanda imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi Rusiya-Şimali Koreya əlaqələrini müttəfiqlik səviyyəsinə yüksəldib.

banner

Kim Çen İn isə daha əvvəl Pxenyanın Moskva ilə əməkdaşlığı bundan sonra da genişləndirmək və dərinləşdirmək niyyətində olduğunu açıqlamışdı.

Əlaqəli Yazılar Xüsusi