Ev DünyaHakan Fidan: Rusiya və Ukrayna taxılının dünya bazarlarına çıxarılması vacibdir

Hakan Fidan: Rusiya və Ukrayna taxılının dünya bazarlarına çıxarılması vacibdir

by Baş Redaktor
22 Baxış

Türkiyə Rusiya və Ukraynaya məxsus taxıl məhsullarının Qara dəniz üzərindən beynəlxalq bazarlara daşınmasının yenidən təmin olunması üçün səylərini davam etdirir.

Army.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-də keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısından sonra yerli mətbuata açıqlamasında məlumat verib.

Fidan bildirib ki, mövcud vəziyyət həm Rusiyanın taxıl və enerji ehtiyatlarının, həm də Ukraynanın analoji məhsullarının dünya bazarlarına çıxarılmasına mane olur. Nazir qeyd edib ki, yaranmış məhdudiyyətlər qlobal ərzaq təhlükəsizliyi üçün ciddi risklər formalaşdırır. Bu səbəbdən taxıl tədarükünün bərpası beynəlxalq səviyyədə mühüm məsələlərdən biri olaraq qalır.

Əlaqəli Yazılar Xüsusi