ABŞ Prezidenti Donald Tramp İranı beynəlxalq terrorizmin əsas dəstəkçilərindən biri kimi xarakterizə edib və ölkənin nüvə silahına sahib olacağı təqdirdə bundan istifadə edəcəyini iddia edib.
Army.az xəbər verir ki, Tramp bu barədə açıqlamasında İranın mümkün nüvə təhdidinin təkcə Yaxın Şərq üçün deyil, Avropa və ABŞ üçün də təhlükə yaradacağını bildirib.
Amerika liderinin sözlərinə görə, Tehran nüvə silahına yiyələnərsə, müxtəlif ölkələrin şəhərlərini hədəfə almaqdan çəkinməyəcək.
Tramp münaqişənin başlanmasına görə Vaşinqtonun məsuliyyət daşımadığını da vurğulayıb. O, İranın ABŞ-la qarşıdurmasının 1979-cu ildən başladığını iddia edib:
“İranla müharibəyə mən başlamamışam. Onlar bizimlə müharibəni 1979-cu ildə başlayıblar”.
