Avropanın Rusiya ilə münasibətlərində müşahidə olunan dəyişiklik diqqət çəkir. Bir neçə ay əvvəl Moskva ilə dialoqun əleyhinə çıxan Avropa dövlətləri hazırda Kreml ilə təmasların qurulmasında maraqlı görünürlər. Əvvəllər inandırıcı hesab edilməyən bu mənzərə indi siyasi reallığın bir hissəsinə çevrilir.
Army.az xəbər verir ki, bu barədə Rusiyanın “Rambler” nəşri məqalə dərc edib.
Nəşrin yazısında qeyd olunur ki, yaz aylarında Rusiya ilə danışıqların başlanması ideyasına kəskin etiraz edən bəzi siyasətçilər indi Moskva ilə dialoq imkanlarını müzakirə etməyə çalışırlar.
Məqalədə mərhum siyasətçi Vladimir Jirinovskinin Avropanın gələcəyi ilə bağlı vaxtilə səsləndirdiyi proqnozlara da toxunulub. Bildirilib ki, onun bir sıra fikirləri dövründə qeyri-real və hətta təəccüblü qarşılansa da, Jirinovski Avropa İttifaqının daxili fikir ayrılıqları səbəbindən durğunluq yaşayacağını və nəticədə parçalanma təhlükəsi ilə üzləşəcəyini irəli sürürdü.
