Ev DünyaErmənistanın iqtisadi yüksəlişinin arxasında hansı amillər dayanır?

Ermənistanın iqtisadi yüksəlişinin arxasında hansı amillər dayanır?

by Baş Redaktor
44 Baxış

Ermənistanda 2026-cı ilin may ayında iqtisadi fəallıq nəzərəçarpacaq dərəcədə yüksələrək 11,7 faizə çatıb. Bunun nəticəsində ilin ilk beş ayı üzrə ümumi iqtisadi artım 8 faiz səviyyəsində qeydə alınıb.

Army.az xəbər verir ki, bu barədə Ermənistanın “Luys” Fondunun 2026-cı ilin yanvar-may aylarını əhatə edən sosial-iqtisadi inkişaf hesabatında bildirilib.

Təhlildə vurğulanır ki, müsbət dinamikanın əsas hərəkətverici qüvvələri sənaye, xidmət və tikinti sektorları olub. Bununla yanaşı, fond iqtisadi artımın mövcud strukturunun uzunmüddətli perspektivdə müəyyən risklər yaratdığını qeyd edib.

Hesabata əsasən, sənayedə qeydə alınan artım əsasən dağ-mədən sənayesinin fəaliyyəti və təkrar ixracla əlaqəli alt sahələrin hesabına təmin edilib.

banner

Fond hesab edir ki, bu istiqamətlərdə mövcud inkişaf tempinin gələcəkdə qorunub saxlanılacağına dair qəti təminat yoxdur.

Əlaqəli Yazılar Xüsusi