Ev DünyaPutindən Bakı ilə bağlı mühüm mesaj: “Heç bir problem yoxdur”

Putindən Bakı ilə bağlı mühüm mesaj: “Heç bir problem yoxdur”

by Baş Redaktor
70 Baxış

“Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılmasını dəstəkləyir və layihəni perspektivli hesab edir”.

Army.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun XXIII illik toplantısının plenar sessiyasında bildirib.

Rusiya lideri qeyd edib ki, Moskva layihənin həyata keçirilməsi üçün kredit vəsaitlərinin ayrılmasına hazırdır:

“Biz Prezident Əliyevlə əlaqədəyik, heç bir problem yoxdur. Azərbaycan bu layihənin reallaşdırılmasını dəstəkləyir və onu perspektivli hesab edir”.

banner

Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Rusiya, İran, Azərbaycan və Hindistanın birgə layihəsidir. Dəhlizin əsas məqsədi Avrasiya məkanında yükdaşımaların sürətləndirilməsi və ticarət əlaqələrinin genişləndirilməsidir.

Əlaqəli Yazılar Xüsusi