100
Türkiyənin milli müdafiə naziri Yaşar Güler Şimali Kiprə səfər edib.
Army.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yaşar Güler Kipr Sülh Hərəkatının 52-ci ildönümü ilə bağlı keçiriləcək mərasimlərdə iştirak etmək üçün Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli komandanlığı ilə birlikdə Şimali Kiprə gedib.
Səfər çərçivəsində Yaşar Güler Şimali Kiprin Prezidenti Tufan Erhürmanla da görüşüb.
