Süni intellekt texnologiyalarının sürətli inkişafı və kosmik resurslardan daha geniş istifadə gələcəkdə ənənəvi pulun iqtisadi sistemdəki əhəmiyyətinin azalmasına gətirib çıxara bilər.
Army.az bu barədə “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri, amerikalı milyarder İlon Mask yazıçı və jurnalist Uolter Ayzeksona verdiyi müsahibədə danışıb.
Mask qeyd edib ki, robot texnologiyalarının təkmilləşdirilməsi və kosmosun iqtisadi potensialının reallaşdırılması istehsal imkanlarını indiyədək görünməmiş miqyasda genişləndirə bilər.
Onun fikrincə, robotlardan geniş istifadə və kosmik imkanların mənimsənilməsi nəticəsində bəşəriyyət Yer kürəsində mövcud iqtisadiyyatın ölçüsünü dəfələrlə üstələyən istehsal potensialı əldə edə bilər.
“Əgər robotlarınız və kosmosdan istifadə imkanlarınız varsa, Yer kürəsinin hazırkı iqtisadiyyatından milyon dəfə böyük göstəricilərə nail olmaq potensialınız var”, – deyə Mask bildirib.
