Ev DünyaMuntənu istefadan sonra ilk dəfə danışdı : “Vicdanım tam rahatdır”

Muntənu istefadan sonra ilk dəfə danışdı : “Vicdanım tam rahatdır”

by Baş Redaktor
44 Baxış

Moldovanın istefaya getmiş baş naziri Aleksandr Muntənu vəzifədən ayrıldıqdan sonra ilk açıqlamasını verib.

Army.az xəbər verir ki, o, bu barədə “Realitatea” kanalına müsahibəsində danışıb.

Muntənu bildirib ki, vəziyyət göründüyündən daha mürəkkəbdir və bütün məqamlar zamanla aydınlaşacaq:

“Vicdanım tam rahatdır. Üzərimə düşən öhdəlikləri yerinə yetirmişəm. Yeni baş nazir təyin olunana qədər müvəqqəti icraçı kimi fəaliyyətimi davam etdirirəm”.

banner

Xatırladaq ki, Aleksandr Muntənu 3 iyul tarixində istefa verdiyini açıqlayıb. O, qərarının konkret səbəblərini açıqlamayıb və yalnız vəzifəsini “öz prinsiplərinə uyğun şəkildə davam etdirməyin mümkün olmadığını” bildirib.

Əlaqəli Yazılar Xüsusi