Rusiyanın “Rostex” Dövlət Korporasiyasının tərkibində fəaliyyət göstərən “Rosel” holdinqi pilotsuz uçuş aparatları üçün radioelektron maneələrə qarşı davamlı yeni rabitə sistemi hazırlayıb.
Army.az xəbər verir ki, bu barədə “Rostex” məlumat yayıb.
Bildirilib ki, sistem xüsusi maneələrdən qorunan radiomodemlər əsasında qurulub. Yeni texnologiya radioelektron mübarizə vasitələrinin təsiri altında belə pilotsuz uçuş aparatlarının idarə olunmasını, telemetriya məlumatlarının mübadiləsini və videoötürülməni sabit şəkildə təmin edir.