Ev TexnologiyaYeni hərbi layihə: 6-cı nəsil F/A-XX qırıcıları hazırlanacaq

Yeni hərbi layihə: 6-cı nəsil F/A-XX qırıcıları hazırlanacaq

by Baş Redaktor
43 Baxış

ABŞ Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələri üçün altıncı nəsil F/A-XX göyərtə qırıcısının hazırlanması məqsədilə “Boeing” şirkəti ilə müqavilə bağlamaq qərarına gəlib.

Army.az xəbər verir ki, bu barədə sentyabrın 29-da Pentaqon məlumat yayıb.

Məlumata görə, dəyəri 20 milyard dollardan çox olan müqavilə çərçivəsində sınaqların keçirilməsi üçün bir neçə F/A-XX prototipinin hazırlanması nəzərdə tutulur.

ABŞ hakimiyyəti yeni qırıcıların gələcəkdə F/A-18E “Super Hornet”, F/A-18F “Super Hornet” və EA-18G “Growler” təyyarələrini əvəz etməsini planlaşdırır. Ekspertlərin hesablamalarına görə, proqramın ümumi dəyəri uzunmüddətli perspektivdə yüz milyardlarla dollara çata bilər.

banner

ABŞ müdafiə nazirinin müavini Maykl Daffi bildirib ki, F/A-XX qırıcılarının istifadəyə verilməsi ABŞ hərbçilərinə “həlledici döyüş üstünlüyü” qazandıra bilər.

Əlaqəli Yazılar Xüsusi