Böyük Britaniyanın “Storm Shadow” qanadlı raketinin britaniyalı komponentlərinə dair texnologiyanın Ukraynaya ötürülməsi ilə bağlı planlar ortaya çıxıb.
Army.az xəbər verir ki, bu barədə “The Aviationist” məlumat yayıb.
Bildirilib ki, bunun müqabilində London Ukraynanın “Avenger” adlı süni intellekt platformasının məlumat bazasına çıxış əldə edə bilər.
Məlumata görə, sözügedən süni intellekt sistemi Ukraynadakı döyüş meydanlarından minlərlə gündüz kamerası və infraqırmızı sensor vasitəsilə toplanan məlumatları emal edir. Bu məlumatların hədəflərin müəyyənləşdirilməsi və süni intellekt modellərinin hazırlanmasında istifadə olunduğu bildirilir.
Nəşrin məlumatında qeyd olunur ki, toplanan məlumatlar Ukraynaya radioelektron mübarizə şəraitində belə fəaliyyət göstərə bilən yüksək səviyyədə avtonom pilotsuz uçuş aparatları hazırlamağa imkan verib.
