Kanada hökuməti Kral Kanada Hərbi Hava Qüvvələrinin istismar etdiyi CH-146 “Griffon” helikopterlərinin modernləşdirilməsi proqramını dayandırmaq qərarı verib.
Army.az xəbər verir ki, bu barədə “CBC News” məlumat yayıb.
Xəbərə əsasən, buna səbəb layihənin icrası zamanı ortaya çıxan ciddi texniki çətinliklər olub.
Bildirilir ki, təxminən 560 milyon ABŞ dolları dəyərində qiymətləndirilən proqram çərçivəsində helikopterlərin xidmət müddətinin uzadılması üçün genişmiqyaslı yenilənmə işləri planlaşdırılmışdı. Layihəyə rabitə və naviqasiya avadanlıqlarının, kabinədaxili səs yazıcılarının, displeylərin, müxtəlif sensorların və mühərriklərin müasirləşdirilməsi daxil idi.
Lakin yaranan texniki problemlər səbəbindən proqramın həyata keçirilməsi dayandırılıb.
