Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüş zamanı Kiyev üçün “Patriot” hava hücumundan müdafiə sistemlərinə aid raketlərin göndərilməsini xahiş edib.
Army.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Nəşrin məlumatında bildirilir ki, Donald Tramp Ukrayna liderinin müraciətini qəbul etməyib. ABŞ Prezidenti qərarını Vaşinqtonun hazırda Yaxın Şərqdə, xüsusilə İranla bağlı artan gərginlik fonunda həmin raketlərə ehtiyac duyması ilə əsaslandırıb.
Beləliklə, Kiyevin “Patriot” sistemləri üçün əlavə sursat əldə etmək cəhdi ABŞ tərəfindən müsbət qarşılanmayıb.
