“Tehran mövcud razılaşmaya baxmayaraq, ABŞ-a etibar etmir”.
Army.az xəbər verir ki, bunu İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri vəzifəsini icra edən Məcid Rza deyib.
Onun sözlərinə görə, İran Silahlı Qüvvələri mümkün təhlükələrə qarşı tam hazırlıq vəziyyətindədir və atəşkəs rejiminin pozulacağı təqdirdə dərhal cavab tədbirləri görüləcək:
“Biz qarşı tərəfə inanmırıq. Silahlı qüvvələrimiz ayıq-sayıqdır və istənilən təxribat adekvat şəkildə cavablandırılacaq”.
Məcid Rza əlavə edib ki, Hörmüz boğazından regiondan kənar dövlətlərin öz maraqları naminə istifadə etməsinə yol verilməməlidir.
