Ev Hərbi XəbərlərYəmən ordusundan husilərə qarşı əməliyyat: bir sıra ərazilər…

Yəmən ordusundan husilərə qarşı əməliyyat: bir sıra ərazilər…

by Baş Redaktor
45 Baxış

Yəmən hökumətinə bağlı hərbi qüvvələr Taiz vilayətinin cənub hissəsində husilərin nəzarətində olan bir sıra əraziləri geri qaytarıb.

Army.az xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, davamlı və intensiv toqquşmalardan sonra hökumət qüvvələri Əl-Məsrax rayonunda yerləşən Nüba və Səyib kəndlərinə, eləcə də Mübarək təpəliklərinə nəzarəti bərpa edib. Əməliyyatlar zamanı çoxsaylı husi silahlısının öldürüldüyü və yaralandığı qeyd edilib.

Bununla yanaşı, ölkənin Əl-Cövf, Ləhc, Marib və Əl-Beyda vilayətlərində silahlı qarşıdurmaların davam etdiyi bildirilir.

banner

Əlaqəli Yazılar Xüsusi