Ev Hərbi XəbərlərLukaşenko: “Tramp dünyanı Üçüncü Dünya müharibəsindən qoruyur”

Lukaşenko: “Tramp dünyanı Üçüncü Dünya müharibəsindən qoruyur”

by Baş Redaktor
42 Baxış

Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, ABŞ lideri Donald Trampın siyasəti beynəlxalq arenada ciddi fikir ayrılıqlarına yol açsa da, eyni zamanda qlobal müharibə təhlükəsinin qarşısının alınmasına xidmət edir.

Army.az xəbər verir ki, Lukaşenko bu fikirləri Minskdə təşkil olunan IV Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında çıxışı zamanı səsləndirib.

Belarus liderinin fikrincə, Trampın həyata keçirdiyi siyasət dünya ölkələri arasında qütbləşməni gücləndirir və müxtəlif istiqamətlərdən tənqid olunur. Bununla belə, o, ABŞ prezidentinin fəaliyyətinin daha genişmiqyaslı hərbi qarşıdurmanın qarşısını almaq baxımından əhəmiyyət daşıdığını düşünür.

Lukaşenko bildirib ki, Trampın ziddiyyətli qərarlarına baxmayaraq, hazırda dünya Üçüncü Dünya müharibəsi təhlükəsindən müəyyən mənada qorunur. O, belə bir qarşıdurmanın nüvə müharibəsinə çevrilə biləcəyini və bu halda heç bir regionun təhlükədən kənarda qalmayacağını vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi