Ev Hərbi XəbərlərTehranda Trampa qarşı təhdid mesajı əks olunan plakat quraşdırılıb

Tehranda Trampa qarşı təhdid mesajı əks olunan plakat quraşdırılıb

by Baş Redaktor
21 Baxış

İranın paytaxtı Tehranda ABŞ Prezidenti Donald Trampa qarşı təhdid xarakterli məzmunun yer aldığı iriölçülü reklam lövhəsi quraşdırılıb. Bu addım Vaşinqton və Tehran arasında qarşıdurmanın yenidən hərbi müstəviyə keçə biləcəyi ilə bağlı müzakirələrin davam etdiyi vaxta təsadüf edib.

Army.az xəbər verir ki, İran mediasının yaydığı məlumata görə, lövhə paytaxtın “İnqilab” meydanında yerləşdirilib.

Plakatda Trampın başı aşağı vəziyyətdə, həbsxana barmaqlıqları arxasında təsviri verilib. Şəkildə, həmçinin ABŞ prezidentinə ünvanlanan “Trampı öldürəcəyik” təhdidi əks olunub.

Meydanın yaxınlığında yerləşdirilən başqa bir lövhədə isə Donald Tramp, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens, prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff və İsrailin Baş naziri Benyamin Netanyahunun təsvirləri yer alıb. Onlar qan içində üzləri və cırılmış geyimlərlə təqdim olunublar.

banner

Əlaqəli Yazılar Xüsusi