Ev Hərbi XəbərlərUkrayna ordusunda canlı qüvvə böhranı: Bəzi bölmələr yarıbayarı komplektləşdirilib

Ukrayna ordusunda canlı qüvvə böhranı: Bəzi bölmələr yarıbayarı komplektləşdirilib

by Baş Redaktor
87 Baxış

Ukrayna ordusunun bəzi bölmələrində şəxsi heyətlə komplektləşmə səviyyəsinin cəmi 50 faiz olduğu bildirilir. Canlı qüvvə çatışmazlığı ölkənin pilotsuz uçuş aparatları (PUA) sahəsində əldə etdiyi texnoloji üstünlüklərdən döyüş meydanında tam yararlanmasına mane olur.

Army.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yyaıb.

Bildirilib ki, Ukrayna PUA texnologiyalarının hazırlanması və tətbiqində mühüm nəticələr əldə etsə də, müharibənin əvvəlindən bəri əsas problemlərdən biri döyüş qabiliyyətli hərbçilərin çatışmazlığı olaraq qalır.

Müharibənin beşinci ilinə daxil olması ilə şəxsi heyətə tələbat daha da artıb. Hərbi komandirlər və analitiklər bəzi bölmələrin yalnız yarısının şəxsi heyətlə təmin olunduğunu bildirirlər.

banner

Agentliyin yazdığına görə, canlı qüvvə çatışmazlığı PUA texnologiyalarının yaratdığı imkanlardan tam istifadə etməyə mane olur.

Ukrayna hərbçiləri isə silah və şəxsi heyət çatışmazlığının mövcud cəbhə mövqelərini qoruyub saxlamağı belə çətinləşdirdiyini qeyd edirlər.

Əlaqəli Yazılar Xüsusi