Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sülhün artıq reallığa çevrildiyini bildirib.
Army.az xəbər verir ki, Paşinyan bu barədə Türkmənistanda keçirilən MDB sammitində çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, son iki ildən artıq müddətdə ermənilərlə azərbaycanlılar arasında baş verən atışmalar nəticəsində ölən və ya yaralanan olmayıb.
Baş nazir qeyd edib ki, 1990-cı illərdən başlayaraq, təxminən 30 il ərzində hər il hər iki tərəfdən ölənlər və yaralananlar qeydə alınırdı.
Paşinyan bu vəziyyəti Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasının göstəricisi kimi təqdim edib.
