Ev Hərbi XəbərlərLukaşenkodan Zelenskiyə sensasiyalı təklif: “Sənin təhlükəsizliyinə mən zəmanət verərəm”

Lukaşenkodan Zelenskiyə sensasiyalı təklif: “Sənin təhlükəsizliyinə mən zəmanət verərəm”

by Baş Redaktor
49 Baxış

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna lideri Volodimir Zelenski ilə birlikdə Moskvaya getməyə və onun təhlükəsizliyinə şəxsən təminat verməyə hazır olduğunu açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Belarus lideri Fransanın “Le Point” jurnalına müsahibəsində danışıb.

Jurnalistin Zelenski ilə görüşmək ehtimalı barədə sualını cavablandıran Lukaşenko bununla kifayətlənməyəcəyini, hətta Ukrayna prezidentini Moskvaya aparmağa hazır olduğunu bildirib.

“Bundan da artığını edə bilərdim. Putin vaxtilə kifayət qədər sərt şərt irəli sürmüşdü: Zelenski istəyirsə, Moskvaya gəlsin. Mən onunla birlikdə Moskvaya uça bilərdim. Yəni ikimiz eyni təyyarədə gedərdik. Onun təhlükəsizliyinə zəmanət verən şəxs kimi yanında olmağa, Moskvaya gedərək oturub söhbət etməyə hazıram”, – deyə Lukaşenko vurğulayıb.

banner

Ukrayna prezidentinin belə bir təklifi qəbul etməyəcəyinə dair jurnalistin fikrinə Belarus lideri sərt reaksiya verib.

“O halda müharibə etsin. Avtomatını götürüb özü cəbhəyə getsin və döyüşsün. Onun razı olub-olmaması əsas deyil. Müharibə davam edir və buna son qoyulmalıdır. Biz razılığa gələ bilərdik”, – deyə Lukaşenko əlavə edib.

Əlaqəli Yazılar Xüsusi