ABŞ Prezidenti Donald Tramp İranla bağlı Vaşinqtonun prioritetini açıqlayıb. Onun sözlərinə görə, ABŞ-ın əsas məqsədi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır, ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq deyil.
Army.az xəbər verir ki, Tramp bu barədə “New York Post” qəzetinə müsahibəsində danışıb.
“İstədiyim yeganə şey onların nüvə silahına sahib olmamasıdır. Rejim dəyişikliyini heç vaxt nə dəstəkləmişəm, nə də buna qarşı çıxmışam. Bu, mənim üçün əsas məsələ deyil”, – deyə ABŞ lideri bildirib.