Ev Hərbi XəbərlərBəqai: Danışıqlarda əsas məsələlər üzrə anlaşma var

Bəqai: Danışıqlarda əsas məsələlər üzrə anlaşma var

by Baş Redaktor
15 Baxış

İran və ABŞ arasında hazırlanmaqda olan anlaşma memorandumunun əsas müddəaları üzrə razılıq əldə olunub.

Army.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama verib.

Onun sözlərinə görə, tərəflər arasında mümkün razılaşmanın əsas bölmələri artıq formalaşdırılıb. Bəqai bildirib ki, Vaşinqtonun mövqeyindəki ziddiyyətlərə və diplomatik prosesi pozmağa yönəlmiş hərbi addımlara baxmayaraq, danışıqlarda mühüm irəliləyiş əldə edilib.

İran rəsmisi qeyd edib ki, prosesin qarşısında duran əsas maneələrdən biri ABŞ-ın müxtəlif dövrlərdə nümayiş etdirdiyi ziddiyyətli yanaşmadır. Bununla belə, memorandumun əsas məqamları üzrə tərəflər arasında ümumi anlaşmanın formalaşdığı vurğulanıb.

banner

Əlaqəli Yazılar Xüsusi