Ev Hərbi Xəbərlərİsraildən İranla müharibə xəbərdarlığı: Hərbi hazırlıq artırılır

İsraildən İranla müharibə xəbərdarlığı: Hərbi hazırlıq artırılır

by Baş Redaktor
26 Baxış

İsrail rəsmisi İranla yeni müharibə ehtimalının getdikcə artdığını və ölkənin müxtəlif ssenarilərə hazırlaşdığını bildirib.

Army.az xəbər verir ki, bu barədə rəsmi “Walla” nəşrinə açıqlamasında danışıb.

Məlumata görə, İsrail ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) ilə hər gün əlaqə saxlayır, məlumat mübadiləsi aparır. İsrail ordusunun yüksək döyüş hazırlığı vəziyyətində olduğu qeyd edilir.

Rəsminin sözlərinə görə, İsrail Livan hökumətinə İranla mümkün müharibə zamanı “Hizbullah”ın döyüşlərə qoşulmasının qarşısının alınması barədə xəbərdarlıq edib. Əks halda, İsrailin sərt cavab verəcəyi bildirilib.

banner

“Walla” son iki həftədə İsrail hərbi aviasiyasının təlimlərinin də intensivləşdiyini yazıb.

İsrailin təhlükəsizlik dairələrinin qiymətləndirməsinə əsasən, İrana mümkün zərbə ilə bağlı qərar parlament seçkilərindən sonra, seçkilərin nəticələri və Vaşinqtonla koordinasiya nəzərə alınmaqla verilə bilər.

Əlaqəli Yazılar Xüsusi