Ev Hərbi Xəbərlər“NATO ölkələri də müharibəyə cəlb olunacaqdı” – Lukaşenko

“NATO ölkələri də müharibəyə cəlb olunacaqdı” – Lukaşenko

by Baş Redaktor
25 Baxış

Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, ABŞ Prezidenti Donald Tramp Üçüncü Dünya müharibəsinin başlamasının qarşısını alıb.

Army.az xəbər verir ki, bu barədə Belarus lideri Fransanın “Le Point” nəşrinə müsahibəsində danışıb.

Lukaşenkonun sözlərinə görə, Co Baydenin prezidentliyi dövründə Ukraynadakı münaqişənin daha da genişlənməsi ehtimalı yüksək idi. O, belə bir ssenarinin NATO ölkələrinin də müharibəyə cəlb olunmasına gətirib çıxara biləcəyini iddia edib:

“Əgər hadisələr Baydenin dövründəki kimi davam etsəydi, bu gün münaqişənin genişlənməsinin şahidi ola bilərdik. Üçüncü Dünya müharibəsi baş verməsəydi belə, siz – NATO üzvləri bu qarşıdurmaya cəlb olunacaqdınız. Tramp bunun qarşısını aldı”.

banner

Əlaqəli Yazılar Xüsusi