İranın geniş coğrafiyası, çoxsaylı əhalisi və etnik müxtəlifliyi səbəbindən ölkədə genişmiqyaslı hərbi əməliyyatlar yolu ilə hakimiyyət dəyişikliyinə nail olmaq çətin hesab olunur.
Army.az xəbər verir ki, bu barədə “Ynet” nəşrinin analitik məqaləsində bildirilib.
Məqalədə qeyd olunur ki, daha effektiv yanaşma hökumətin nəzarətinin zəiflədiyi bölgələrdə alternativ yerli idarəetmə strukturlarının formalaşdırılması və bu prosesə Qərbin siyasi, iqtisadi və təhlükəsizlik dəstəyinin göstərilməsi ola bilər.
Nəşrin təhlilinə görə, İsrailin HƏMAS, “Hizbullah” və İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların təcrübəsi göstərib ki, yalnız liderlərin və hərbi infrastrukturun hədəfə alınması uzunmüddətli nəticə vermir.
