Ev DünyaSergey Lavrov G20 toplantısı üçün ABŞ-a gedib

Sergey Lavrov G20 toplantısı üçün ABŞ-a gedib

by Baş Redaktor
21 Baxış

Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20-yə üzv dövlətlərin xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə ABŞ-a yollanıb.

Army.az xəbər verir ki, Lavrovun başçılıq etdiyi Rusiya nümayəndə heyətini aparan hökumət təyyarəsi Corciya ştatının inzibati mərkəzi olan Atlantaya eniş edib.

Bildirilib ki, Moskva ilə Atlanta arasındakı uçuş 20 saat 10 dəqiqə çəkib. Rusiya təyyarəsi marşrut boyunca Moskva ilə münasibətləri gərgin olan dövlətlərin hava məkanından istifadə etməyib.

Qeyd edək ki, G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısı oktyabrın 30-31-də Atlanta şəhərində baş tutacaq.

banner

Əlaqəli Yazılar Xüsusi