Ev DünyaTbilisi meri Kallasa söz atdı: “Gürcüstanın yerini göstərə bilməz”

Tbilisi meri Kallasa söz atdı: “Gürcüstanın yerini göstərə bilməz”

by Baş Redaktor
170 Baxış

Tbilisi meri, hakim “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze Avropa İttifaqının Gürcüstanla bağlı bəyanatlarının “ədalətsizlik və yalan üzərində qurulduğunu” iddia edib.

Army.az xəbər verir ki, o, bu gün Lüksemburqda keçirilən Aİ xarici işlər nazirlərinin görüşündə Gürcüstanla bağlı müzakirələri şərh edərkən belə deyib.

“Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Kaya Kallasın qarşısına xəritə qoysanız, Gürcüstanın harada yerləşdiyini göstərə bilməz. Baş verənlərə ölçülüb-biçilmiş şəkildə yanaşan və siyasi manipulyasiyalara əl atmayan istənilən normal insan Gürcüstanın əhəmiyyətini dərk edir”, – Kaladze bildirib.

Onun sözlərinə görə, Aİ-nin əsas məqsədi hakimiyyətə özünə yaxın qüvvələri gətirmək və daha sonra Gürcüstandan öz maraqları naminə istifadə etməkdir:

banner

“Bu halda əsas niyyətin nədən ibarət olduğunu başa düşürük: nəyin bahasına olursa-olsun, hakimiyyətə öz agent şəbəkələrinin nümayəndələrini gətirmək, daha sonra isə ölkədən öz maraqları naminə istifadə etmək və onu öz istədiklərini etməyə məcbur etmək. Ukraynada baş verənlər də buna nümunədir”.

Əlaqəli Yazılar Xüsusi