Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Səudiyyə Ərəbistanının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı naziri Əbdürrəhman bin Əbdülmöhsen əl-Fədli ilə İslamabadda görüş keçirib.
Army.az xəbər verir ki, görüşdə iki ölkə arasında mövcud münasibətlərin daha da inkişaf etdirilməsi və yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Şahbaz Şərif Pakistan və Səudiyyə Ərəbistanını birləşdirən tarixi və qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb. O, həmçinin Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında yaxın zamanda imzalanan Məkkə Birgə Müdafiə Sazişinin üç ölkə arasındakı əlaqələri möhkəmləndirdiyini bildirib. Baş nazir sazişin region üçün birlik və sülh mesajı daşıdığını qeyd edib.
Pakistan hökumətinin başçısı strateji tərəfdaşlıq çərçivəsində İslamabad və Ər-Riyadın iqtisadi və kənd təsərrüfatı sahələrində əməkdaşlığı genişləndirməsinin vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu istiqamətdə atılacaq addımlar iki ölkənin münasibətlərini daha güclü ticarət və investisiya tərəfdaşlığına çevirə bilər.
