Ev Ekspert rəyiKöçəryanın həbsi fonunda Rusiyaya xəbərdarlıq: “Ermənistanın məhvinə görə məsuliyyət…”

Köçəryanın həbsi fonunda Rusiyaya xəbərdarlıq: “Ermənistanın məhvinə görə məsuliyyət…”

by Baş Redaktor
31 Baxış

“Ermənistanda ədalətin bərpası prosesi gedir”.

Army.az xəbər verir ki, erməni politoloq Giorgi Tumasyan bu sözləri Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsini şərh edərkən deyib.

Onun fikrincə, Köçəryanın hakimiyyəti dövründə formalaşan idarəetmə sistemi ölkədən çoxsaylı erməninin köçməsinə səbəb olub.

“Onlar hakimiyyətlərini qorumaq naminə Ermənistanı xarici dövlətdən asılı vəziyyətdə saxlayıblar. Ölkənin talan edilməsindən və dövlətçiliyi zəiflədən ideyaları yaymaqdan başqa heç bir iş görməyiblər. Yenidən hakimiyyətə qayıtsalar, Ermənistanı məhvə aparan yola sürükləyəcəklər”, – deyə Tumasyan bildirib.

banner

Politoloq Rusiyanın Köçəryan və onun tərəfdarlarına mümkün dəstəyini də tənqid edib. O iddia edib ki, Moskva bu şəxsləri dəstəkləyərsə, Ermənistan dövlətinin zəifləməsində birbaşa məsuliyyət daşıyacaq.

Əlaqəli Yazılar Xüsusi