Ev Ekspert rəyiTramp administrasiyasının İrana nüvə hücumu planı var? – Karlson

Tramp administrasiyasının İrana nüvə hücumu planı var? – Karlson

by Baş Redaktor
40 Baxış

ABŞ Prezidenti Donald Trampın administrasiyasının yaxın günlərdə İrana qarşı nüvə silahından istifadə variantına əl ata biləcəyi iddia olunur.

Army.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Taker Karlson “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

Jurnalistin iddiasına görə, İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqləri Vaşinqtonun belə bir addım atmasına səbəb ola bilər. Karlson mümkün hücumun İranın mərkəzi hissəsində yerləşən Pikaks dağına (Pickaxe Mountain) yönələ biləcəyini bildirib.

Onun sözlərinə görə, İsrail kəşfiyyatı İran hakimiyyətinin həmin ərazidə uranın zənginləşdirilməsi proqramını yenidən bərpa etdiyini iddia edir.

banner

Karlson qeyd edib ki, ABŞ-nin adi silah arsenalında qranit süxurlarının təxminən 91 metr dərinliyinə nüfuz edərək yeraltı tunelləri məhv edə biləcək vasitə yoxdur. Jurnalistin fikrincə, belə bir vəziyyətdə Vaşinqtonun qarşısında qalan yeganə hərbi seçim nüvə zərbəsi ola bilər. O, Netanyahunun bu variantın həyata keçirilməsinə çalışdığını və ABŞ prezidentinə məsələ ilə bağlı mütəmadi zənglər etdiyini də iddia edib.

Karlsonun bildirdiyinə görə, nüvə silahından istifadə ilə bağlı qərar noyabrın 7-dək verilə bilər. Hazırda Trampın məsələ ilə bağlı müşavirləri, o cümlədən vitse-prezident Cey Di Vens və xüsusi nümayəndə Stiv Uitkoffla məsləhətləşmələr apardığı bildirilir.

Əlaqəli Yazılar Xüsusi