ABŞ-ın Ukraynaya göstərdiyi hərbi və siyasi dəstəyi tamamilə dayandırması Kiyevi Rusiya ilə atəşkəs razılaşmasına gəlməyə və ya Moskvanın şərtləri əsasında sülh sazişi bağlamağa sövq edə bilər.
Army.az xəbər verir ki, bu barədə avstriyalı hərbi analitik Markus Reisner bildirib.
Ekspertin qənaətinə görə, Vaşinqtonun Ukrayna ilə əməkdaşlığı dayandırması və Kiyevə yardımı kəsməsi ölkənin Rusiya qarşısında müdafiə imkanlarına ciddi təsir göstərə bilər. Onun fikrincə, belə bir ssenaridə Ukrayna rəhbərliyi ya atəşkəs barədə razılığa gəlməli, ya da Moskvanın irəli sürdüyü şərtləri qəbul etmək məcburiyyətində qala bilər.