Ev Hərbi XəbərlərMoskva yaxınlığında dron insidenti: Təcili xidmətlər əraziyə cəlb olunub

Moskva yaxınlığında dron insidenti: Təcili xidmətlər əraziyə cəlb olunub

by Baş Redaktor
32 Baxış

Rusiyanın hava hücumundan müdafiə sistemləri Moskva istiqamətində uçan üç pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Army.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin “Max” messencerindəki kanalında məlumat yayıb.

Onun bildirdiyinə görə, dronların düşdüyü ərazilərdə operativ xidmət əməkdaşları hadisənin nəticələrinin araşdırılması ilə məşğuldur. Dağıntıların olub-olmaması və mümkün xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat verilməyib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi oktyabrın 20-də yaydığı açıqlamada ölkənin müxtəlif bölgələri və Qara dəniz üzərində 12 saat ərzində Ukraynaya məxsus 90 pilotsuz uçuş aparatının ələ keçirildiyini və məhv edildiyini bildirmişdi.

banner

Əlaqəli Yazılar Xüsusi