ABŞ Konqresində demokratlar Rusiyaya qarşı nəzərdə tutulan və “cəhənnəm sanksiyaları” kimi tanınan qanun layihəsinin qəbulunu əngəlləyə bilər.
Army.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, Senatda böyük səs çoxluğu ilə təsdiqlənən qanun layihəsinin qüvvəyə minməsi üçün onun Nümayəndələr Palatası tərəfindən də qəbul edilməsi lazımdır. Lakin nəşrin yazdığına görə, bu mərhələ asan olmayacaq.
Bildirilir ki, bir sıra demokratlar ABŞ prezidentinə Rusiyadan böyük həcmdə neft alan ölkələrə qarşı 100 faizə qədər gömrük rüsumu tətbiq etmək səlahiyyəti verən müddəaya etiraz edirlər.
Bununla yanaşı, demokrat senator Cinn Şahin hesab edir ki, məhz bu sənəd qanuna çevrilmək üçün ən real şansa malik sanksiya paketidir.
Onun sözlərinə görə, Nümayəndələr Palatası sentyabrda yay tətilindən qayıdana qədər qanun layihəsinin tərəfdarlarının tərəddüd edən konqresmenləri öz mövqelərinə inandırmaq üçün vaxtı olacaq.
