Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrailin Yaxın Şərqdə həyata keçirdiyi siyasətin nəticələri bütün regiona mənfi təsir göstərir.
Army.az xəbər verir ki, o, bu fikirləri Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı səsləndirib.
Ərdoğanın sözlərinə görə, İsrail Fələstin ərazilərində işğal siyasətini mərhələli şəkildə genişləndirir, əsas insan hüquqlarını pozur və beynəlxalq hüququ nəzərə almır.
“Bu təcavüzün bədəlini yalnız fələstinli qardaşlarımız və bacılarımız deyil, bütün region ödəyir”, – deyə Türkiyə Prezidenti vurğulayıb.
