Ev DünyaSEPAH: Hörmüz boğazı bağlı qalır

SEPAH: Hörmüz boğazı bağlı qalır

by Baş Redaktor
7 Baxış

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının bağlı qaldığını iddia edib.

Army.az xəbər verir ki, SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı Əli Özmai “X” sosial şəbəkəsində bildirib ki, neft tankerləri də daxil olmaqla bütün gəmilərin boğazdan keçidi yalnız SEPAH Hərbi Dəniz Qüvvələrinin razılığı ilə mümkündür.

Bununla belə, MarineTraffic platformasının məlumatına əsasən, Hörmüz və Bab əl-Məndəb boğazlarında gəmi hərəkəti davam edir. Ehtimal olunur ki, keçidlər İran tərəfi ilə razılaşdırılmış şəkildə həyata keçirilir.

Məlumata görə, son 24 saat ərzində Hörmüz və Bab əl-Məndəb boğazlarından ümumilikdə 53 gəmi keçib. Onlardan 12-si Hörmüz boğazından istifadə edib ki, bu da əvvəlki günlə müqayisədə təxminən 50 faiz çoxdur.

banner

Əlaqəli Yazılar Xüsusi