ABŞ ordusu İranın bir gün əvvəl Amerika hərbçilərinə qarşı həyata keçirməyə cəhd etdiyi raket hücumuna cavab olaraq təşkil olunan genişmiqyaslı hərbi əməliyyatı tamamlayıb.
Army.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində paylaşım edib.
Məlumata əsasən, əməliyyat çərçivəsində İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid onlarla hərbi obyekt hədəfə alınıb.
Zərbələr komanda-idarəetmə məntəqələrini, raket və pilotsuz uçuş aparatları ilə bağlı infrastrukturu, eləcə də sahil nəzarət və müdafiə sistemlərini əhatə edib.
