Ev Hərbi Xəbərlər349 dron bir gecədə vuruldu – Rusiyadan açıqlama

349 dron bir gecədə vuruldu – Rusiyadan açıqlama

by Baş Redaktor
160 Baxış

Rusiya Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə qüvvələrinin gecə saatlarında Ukraynaya məxsus 349 pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb.

Army.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, təyyarə tipli dronlar Rusiyanın müxtəlif bölgələri, eləcə də Azov və Qara dəniz akvatoriyaları üzərində aşkarlanaraq zərərsizləşdirilib.

Bildirilib ki, PUA-lar Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Lipetsk, Oryol, Rostov, Samara, Saratov, Tula, Smolensk, Ulyanovsk vilayətləri, Krasnodar diyarı, Moskva regionu və Krım üzərində vurulub.

Əlaqəli Yazılar Xüsusi