ABŞ və Cənubi Koreyanın birgə keçirməyi planlaşdırdığı hərbi təlimlərin müddəti ilkin nəzərdə tutulan vaxtla müqayisədə 50 faiz azaldılacaq.
Army.az xəbər verir ki, bu qərarın ABŞ Prezidenti Donald Trampın birgə hərbi təlimlərin Şimali Koreyaya qarşı “düşmən siqnalı” kimi qəbul oluna biləcəyi barədə fikirlərindən sonra verildiyi bildirilir.
İlkin proqramda təlimlərin Şimali Koreyanın mümkün hücumuna qarşı iki əsas mərhələdə keçirilməsi nəzərdə tutulmuşdu. Birinci mərhələnin avqustun 17-dən 21-dək müdafiə ssenarisi üzrə, ikinci mərhələnin isə avqustun 23-dən 27-dək əks-hücum üzrə keçirilməsi planlaşdırılırdı.
Yeni qərarla təlim proqramının əvvəlki formatı və müddətində dəyişiklik ediləcək.
