Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani və Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə telefonla danışıb.
Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Telefon danışıqları zamanı Yaxın Şərqdəki son proseslər müzakirə olunub. Tərəflərin diqqət yetirdiyi əsas məsələlərdən biri isə Hörmüz boğazında yaranmış vəziyyət olub.
Görüşlərin digər detalları barədə əlavə məlumat verilməyib.
