Çinin özəl aerokosmik şirkəti “LandSpace” tərəfindən hazırlanmış “Zhuque-3” (ZQ-3) kommersiya daşıyıcı raketi uğurla kosmosa buraxılıb.
Army.az xəbər verir ki, Çinin Mərkəzi Televiziyasının (CCTV) məlumatına görə, uçuş ölkənin şimalında yerləşən Szyuquan kosmodromunun “Dunfen” buraxılış kompleksindən həyata keçirilib.
Raket yerli vaxtla saat 07:35-də, Bakı vaxtı ilə isə 03:35-də start götürüb. Məlumata əsasən, ZQ-3-ün uçuşu yalnız uğurlu startla məhdudlaşmayıb. Aparatın yerə nəzarətli şəkildə eniş etməsi də təmin olunub.
Bu nəticə Çinin kommersiya kosmik sənayesi üçün mühüm mərhələ kimi qiymətləndirilir və özəl şirkətin təkrar istifadə oluna bilən raket texnologiyaları sahəsində irəliləyişini göstərir.
