Ev Hərbi TexnologiyaDaha bir gərginlik: İsrail hərbi qüvvələri bu kəndlərə girib

Daha bir gərginlik: İsrail hərbi qüvvələri bu kəndlərə girib

by Baş Redaktor
40 Baxış

Səhər saatlarında İsrail hərbi qüvvələri Dəra əyalətinin qərb kənd bölgəsində yerləşən Yarmuk çayı hövzəsinə daxil olaraq Abidin kəndi istiqamətində irəliləyib.

Army.az xəbər verir ki, bu barədə “SANA” nəşri məlumat verib.

Bildirilib ki, ondan çox hərbi texnikadan ibarət İsrail bölməsi Maaria və Abidin kəndləri arasındakı əraziyə girib və Abidinin kənarına qədər çatıb. Həmin ərazidə bir neçə yaşayış evində axtarış aparıldığı, bunun da yerli sakinlər arasında panika yaratdığı qeyd olunur.

Məlumata əsasən, hərbi hərəkətlilik bölgənin qərb hissəsində yerləşən mövqelərə yaxın ərazilərdə də müşahidə edilib.

banner

SANA yazır ki, İsrail 1974-cü il qüvvələrin ayrılması sazişini pozaraq Suriyanın cənubuna müdaxilələri davam etdirir, mülki şəxslərin saxlanılması, torpaqlara ziyan vurulması və atəş açılması kimi hallara yol verir.

Əlaqəli Yazılar Xüsusi