Ev Dünyaİsveçrədə kritik görüş: 4 tərəfli danışıqlar başlayır

İsveçrədə kritik görüş: 4 tərəfli danışıqlar başlayır

by Baş Redaktor
27 Baxış

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İsveçrəyə səfəri çərçivəsində ABŞ ilə aparılan danışıqlara dair açıqlama verib.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat verib.

O bildirib ki, atəşkəsin bütün cəbhələrdə o cümlədən Livanda təmin olunmasını nəzərdə tutan anlaşmanın birinci bəndi hələ də ABŞ tərəfindən icra edilməyib.

Onun sözlərinə görə, Vaşinqton ya öhdəlikləri yerinə yetirə bilməyib, ya da bunu etməyə iradə göstərməyib və İsrail tərəfi razılaşma şərtlərini pozmaqda davam edir:

banner

“İsveçrədə birgünlük danışıqlar planlaşdırılır: səhər saatlarında Pakistan və Qətər nümayəndələri ilə ikitərəfli görüşlər keçiriləcək, günortadan sonra isə İran, ABŞ, Qətər və Pakistanın iştirakı ilə dördtərəfli toplantı baş tutacaq”.

Əlaqəli Yazılar Xüsusi