Ev DünyaSEPAH-dan açıqlama: Fars körfəzində dörd gəmi vurulub

SEPAH-dan açıqlama: Fars körfəzində dörd gəmi vurulub

by Baş Redaktor
32 Baxış

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzinin şimal hissəsində dörd gəminin hücuma məruz qaldığını bildirib.

Army.az xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, İran Hərbi Dəniz Qüvvələri qanunsuz marşrutla hərəkət etdiyi iddia olunan gəmiləri izləyib. Təqib zamanı onların Fars körfəzinin şimalında başqa bir gəmiyə neft yüklədiyi aşkarlanıb. SEPAH-ın məlumatına görə, həmin dörd gəminin hamısına eyni vaxtda zərbə endirilib.

Hücumdan sonra gəmilərdə yanğın baş verdiyi bildirilsə də, ekipaj üzvlərinin taleyi və xəsarət alanların olub-olmaması barədə məlumat açıqlanmayıb.

banner

SEPAH, həmçinin ötən gecə Hörmüz boğazında daha üç gəminin minaya düşdüyünü iddia edib.

Əlaqəli Yazılar Xüsusi