Ukrayna Baş Qərargahı Krımda iki iri neft bazasının vurulduğunu təsdiqləyib.
Army.az xəbər verir ki, söhbət həftəsonu həyata keçirilən hücumlardan gedir.
Zərbələr “Semikolodzyanskaya” neft bazasına endirilib. Bu obyekt Krım yarımadasının şərq hissəsində neft məhsullarının saxlanması və ötürülməsi üzrə ən böyük mərkəzlərdən biri hesab olunur.
Həmçinin Feodosiya neft bazasının da hədəf alındığı bildirilir. Qeyd olunur ki, bu obyekt işğal olunmuş Krımda ən iri neft ötürmə komplekslərindən biridir və illik 10–12 milyon ton neft məhsulunun emalı və ötürülməsi gücünə malikdir.
Bundan əlavə, Rusiya tərəfinə məxsus FSB-nin idarəetmə məntəqəsi və digər hərbi obyektlərin də vurulduğu qeyd olunur.
