Yaponiyanın Baş naziri Sane Takaiçi Rusiyanın İturup adasını “əzəli Yaponiya ərazisi” adlandırıb.
Army.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Takaiçinin açıqlaması Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarına səfərinə cavab olaraq səsləndirilib.
“Rusiyanın hazırkı prezidentinin İturupa indiki səfəri Yaponiyanın “şimal əraziləri” məsələsi ilə bağlı ardıcıl mövqeyi ilə bir araya sığmır. Bu səfər Yaponiya xalqının hisslərinə toxunur və qətiyyən qəbuledilməzdir”, – deyə Yaponiyanın Baş naziri bildirib.
